Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Azərbaycan Xalq Cumhuriyyəti -100”

23.04.2018

       Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən   Azərbaycan Xalq Cumhuriyyətinin  100 illiyi ilə əlaqədar müxtəlif  tədbirlər  hər bir  təşkilatda, idarə və müəssisələrdə geniş şəkildə  qeyd edilməkdədir. Bununla bağlı silsilə tədbirlər Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində də qeyd olunmaqdadır.  

     Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi Qəbələ Asan Xidmət Könüllüləri  ilə bərabər “Azərbaycan Xalq Cumhuriyyəti -100 “mövzusunda geniş tədbir təşkil etmişdir. İlk olaraq muzeydə təşkil olunmuş “Azərbaycan Xalq Cumhuriyyəti -100” adlı sərgidəki tarixi materiallara; kitablara, foto şəkillərə, 1918-1920-ci illər Azərbaycan Xalq Cumhuriyyətinin  dövlət otributu olan pullara baxış keçirilmiş, mütaliələr təşkil olunmuşdur. Tarixi mövzuda mühazirələr söylənildi, diskusiya aparıldı. Tədbir əsasında qısa metrajlı sənədli film hazırlandı. Muzeyin direktoru  Xalis Məmmədov Asan Xidmət Könüllülərinin muzeydə geniş fəaliyyəti üçün şərait yaratmış və gələcəkdə də belə tədbirlərin  həyata keçirilməsini nəzərdə tutulduğunu vurğuladı.

 

2.4 MB

 

2.5 MB

 

2.2 MB