Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

23 aprel Milli Suverenlik və Uşaq bayramı

23.04.2018

 23 aprel Milli Suverenlik və Uşaq bayramı münasibəti ilə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mərkəzi kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə Şamaxı rayon 1 saylı Uşaq bağçası və Körpələr evində “Bu günün balacaları sabahın böyükləridir” adlı tədbir keçirildi. Tədbirdə çıxış edən kitabxana əməkdaşları bu bayramın tarixi əhəmiyyətindən, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan  2 qardaş ölkənin təhsil, mədəniyyət sahəsindəki uğurlarından bəhs etdilər. Bütün dünya uşaqlarına hədiyyə edilən 23 aprel günü qardaş ölkə olan Türkiyənin milli bayramı olduğunu, bu şənliyə hazırda 5-dən çox ölkənin uşaqlarının qatıldığını söylədilər.

      Tədbir uşaqlar tərəfindən səslənən şeir və musiqilərlə davam etdi. Balaca fidanların səsləndirdiyi “Əl-ələ verək”, “Dünyaya gəldik bir kərə” musiqisi böyük coşquyla qarşılandı.

 

108.2 KB

 

2.5 MB

 

106.3 KB