Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Məktəblilərin ekskursiyası davam edir

20.04.2018

 İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyində müxtəlif  silsilə tədbirlər həyata keçirilməkdədir. Son zamanlar məktəblilər muzeyə daha çox gəlməkdədir. Məktəblilər bu ekskursiyalar zamanı qədim ulu keçmişimizlə daha yaxından tanış olur, biliklərini artırır, 2500 illik Qafqaz Albaniyasının paytaxtı olmuş tarixi Qəbələ ərazisindən əldə edilmiş arxeoloji  nümunələri canlı şəkildə məhz  burada görürlər. Bu gün Qəbələ şəhər 5 saylı məktəbin şagirdləri muzeyimizdə olmuşdur. Məktəblilər ekspozisiya ilə tanış olmuş, ”Həyat bilgisi” fənnindən adlarını öyrəndikləri, yalnız şəkildə tanış olduqları küpləri, nehrələri, qədim müxtəlif formalı saxsı qabları, XIX əsr tikmələrini, mis qab nümunələrini canlı  seyr etdilər. Muzeyin əməkdaşı Çiçək Mirzəyeva uşaqların ekspozisiya ilə tanışlığı prosesini həyata keçirmiş, onların suallarını cavablandırmışdır.

 

 

2.1 MB

 

2.5 MB

 

2.7 MB