Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Elza İbrahimovanın mahnılarından ibarət konsert proqramı

21.04.2018

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon Təklə kənd Uşaq Musiqi məktəbində Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti, Əməkdar İncəsənət Xadimi Elza İbrahimovanın 80 illik yubileyi keçirildi. Tədbir zamanı öncə məktəbin müəllimi Günəş Şirinova bəstəkarın həyat və yaradıcılığı barədə geniş məlumat verdi. Sonra məktəb şagirdləri Elza İbrahimovanın mahnılarından ibarət konsert proqramı ilə çıxış etdilər. Tədbirin gedişində məktəbin şagirdi Zərbalıyev Nurlanın Bakı şəhərində keçirilən Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş ümumtəhsil və orta ixtisas məktəblərinin şagird və tələbələri arasında gənc ifaçıların III respublika müsabiqəsində aldığı sertifikat təqdim edildi.

 

211.6 KB

 

224.5 KB

 

199.8 KB