Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Hacı Dadaş oğlu Xanməmmədovun anadan olmasının100 illiyinə həsr olunmuş konsert

21.04.2018

 İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbində Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan Respublikasının Xalq Artisti, Əməkdar İncəsənət Xadimi Hacı Dadaş oğlu Xanməmmədovun anadan olmasının100 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsi müdirinin müavini Aftandil Şikarov və həmin şöbənin məsləhətçisi Səfərbala Səfərov, rayon ziyalıları, müəllimlər və şagirdlər iştirak etdilər. Məktəbin nəzəriyyə müəllimi Şahanə Məmmədova  görkəmli bəstəkar Hacı Xanməmmədovun həyat və yaradıcılığı haqqında geniş məlumat verdikdən sonra, görkəmli bəstəkarın həyat və yaradıcılığından bəhs edən video-slayda baxıldı.Tədbir Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin şagirdlərin hazırladıqları  geniş konsert proqramı ilə davam etdirildi.

 

92.5 KB

 

71.6 KB

 

78.8 KB