Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Böyük bəstəkara həsr olunmuş konsert-Ağsu

19.04.2018

2018 - ci il Fevral ayında Azərbaycan Mədəniyyətinin Görkəmli Nümayəndəsi , Böyük bəstəkar, tanınmış Alim- Pedaqoq və İctimai xadim ,SSRİ Xalq Artisti ,Sosialist Əməy Qəhrəmanı ,SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı,Akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə 19-Aprel 2018-ci il tarixində İsmayıllı Regioanal Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Uşaq Musiqi Məktəbinin zalında bəstəkara həsr olunmuş konsert olundu. Konsertin aparıcısı Məktəbin müəllimi Məmmədova Rəna bəstəkarın Həyat və Yaradıcılığı haqqında ətraflı mühazirə söylədi. Məktəbin Həmkarlar İttifaqının Sədri Əzimov Mirzə çıxış edərək Ağsu rayon Uşaq Musiqi Məktəbinin yaranmasında Qara Qarayevin təşəbbüsü olduqunu bildirdi.Konsert proqramı Məktəbin şagirdləri tərəfindən zəngin və rəngarəng proqramla tamaşaçılara təqdim olundu.

 

 

84.1 KB

 

72.9 KB

 

63.9 KB