Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr edimiş dəyirmi masa

19.04.2018

 

   Azərbaycanın Əməkdar Elm Xadimi, Rusiya Tibb Elmlər akademiyasının laureatı, akademik Zərifə xanım Əliyeva tanınmış tibb tədqiqatçıları tərəfindən dünya səviyyəli alim kimi qəbul edilmişdir. İnsanların gözlərinə nur verən Zərifə Əliyeva oftalmologiya  üzrə dünya elminə yenicə məlum olan bilikləri tez bir zamanda mənimsəyərək onun nəticələrini operativ surətdə tətbiq edirdi.Qəlbən təmiz, ruhən nəcib olan bu insan peşəsinin vurğunu idi. 

     İsmayıllı Regional Mədəniyyət və Turizm  İdarəsinin tabeliyində fəaliyyət göstərən  Ağsu rayon Mərkəzi kitabxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə  xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur.  Mədəniyyət Mərkəzi ilə birgə təşkil olunmuş dəyirmi masada Ağsu rayon Mərkəzi kitabxanasının direktoru Cəbrayıl Bədəlov ”Qayğıkeş ana,vəfalı ömür-gün yoldaşı, böyük alim”, Mədəniyyət Mərkəzinin direktoru Mahir Məlikov ”Azərbaycan tarixində iz qoyan qadınlar”, şəhər 1 saylı məktəbin direktoru Sənan Nemətov ”Nəsillərə nümunə olan ömür yolu” və 3 saylı məktəbin müəllimi Yeganə Cəlilova ”Dünya şöhrətli alim- oftomoloq”  mövzusunda  çıxış etmişlər. Sonda tədbir iştirakçıları görkəmli alim Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş  sənədli  filminə baxmış və “Gözlərə nur bəxş edən alim” başlıqlı  kitab sərgisi ilə tanış olmuşlar.

 

65.1 KB

 

80.5 KB

 

79.8 KB