Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gələcəyimiz olan uşaqları emlə, təhsillə zəngin böyüdək!

19.04.2018

Uşaqlar  bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir.

                                                                                                                                                                                              Ulu öndər Heydər Əliyev

    Yaşadığımız cəmiyyət – informasiya  cəmiyyətidir. İnformasiya  cəmiyyəti  və  biliklər cəmiyyətinin qurulmasında  uşaq  kitabxanalarının üzərinə  böyük  vəzifə  düşür. Bu gün mədəni  və tarixi  irsimizin qorunub saxlanılması kitabxanaların inkişafına gedən yoldan  keçir. Kitabxana  vətəndaşların  informasiya  tələbatını  ödəmək  üçün  dünya biliklərinə açılan pəncərə, fasiləsiz təhsilin  inkişafında  imkanlı zəmin  yaradan  mədəni  dəyərlərin  mühafizəsini  təmin  edən  və  nəsildən-nəsilə çatdıran bir elm müəssəsidir.

    Kitabxanaların nüfuzunu artırmaq və fəal oxucuları cəlb etmək məqsədilə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  İsmayıllı MKS-nın Uşaq şöbəsində məktəblilərlə növbəti tədbir təşkil olundu. İsmayıllı şəhər İsrayıl Həsənov  adına  1 saylı tam orta məktəbinin VIII c sinif şagirdləri Vüsalə xanım Nəbiyevanın rəhbərliyi ilə kitabxanamıza ekskursiya edib fondumuza daxıl olmuş yeni kitablarla tanış olub xatirə fotoşəkilləri çəkdirdilər.

     Gələcəyimiz olan uşaqları emlə, təhsillə zəngin böyüdək!

 

 

 

 

 

100.3 KB

 

118.5 KB

 

97.4 KB