Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Böyük bəstəkara həsr olunmuş konsert-Şamaxı

18.04.2018

 2018-ci ilin fevral ayında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illiyi tamam olur. 

     Bu münasibətlə 18 aprel 2018 –ci il tarixində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin Böyük zalında bəstəkara həsr olunmuş konsert təşkil olunmudu. Konsertin aparıcısı Mərkəzin müəllimi Vüsalə Eyvazova  bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı mühazirə söylədi. Konsert zamanı Qara Qarayevin həyat və yaradıcılığını işıqlandıran slayd şou və video çarx  göstərildi. Konsert proqramı Mərkəzin müəllim və şagirdləri tərəfindən  zəngin və rəngarəng proqramla tamaşaçılara təqdim olundu.

 

 

2.2 MB

 

2.6 MB

 

2.9 MB