Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

18.04.2018

 İsmayıllı Regional Mədəniyyət və Turizm  İdarəsinin tabeliyində fəaliyyət göstərən    Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyi  hər zaman  tarixi və əlamətdar günləri  qeyd etməkdədir. Bu gün də “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər  Günü” silsilə şəkildə muzeyimizdə keçirilmişdir. Bununla əlaqədar olaraq dəyirmi masalar, sərgilər, ekskursiyalar, muzeyin həyətində “Açıq səma“ altında sərgilənən  daş abidələrə baxış keçirilmişdir.  Kütləvi ekskursiyalar  təşkil edilmiş, ekpozisiyalarda bu əlamətdar günün tarixi haqqında söhbətlər, mühazirələr aparılmışdır. Bildiyimiz kimi Azərabaycanın bir parçası olan  Qəbələ də tarixi abidələrlə zəngin bir bölgədir. Ümumilikdə Qəbələdə 90-dan çox tarixi abidə   mühafizə edilir. Tariximizin daş yaddaşı, canlı şahidi olan  bu abidələrimiz ulu keçmişimizdən, xalqımızın minilliklər boyunca bu ərazilərdə məskən salmasından, dədə-babalarımızın belə zəngin torpaqların övladları olmasından xəbər verir. Tarixi abidələrimizi mühafizə və təbliğ etməliyik, çünki bu bizim gələcəyimizin təminatıdır.

     Qəbələ Rayon Tarix-Diyarşünaslıq  muzeyi  18 aprel tarixində  “Açıq qapı günü”elan etmişdir. Bununla əlaqədar olaraq məktəblilərin muzeyə ekskursiyaları təşkil olunmuş, hər bir tamaşaçıya ekspozisyalarda “Muzeylərin bu günümüzdə əhəmiyyətli rolu” mövzusunda mühazirələr söylənilmiş, tamaşaçılara muzeyin bələdçi kitabları, bukletlər, açıqcalar hədiyyə olunmuş, tarixi və digər mövzuları əhatə edən  kitabların qiraət saatları təşkil edilmişdir. Xüsusi  əhəmiyyət kəsb edən unukal mənbələr, eksponatlar haqqında ətraflı diskusiyalar aparılmışdır. 

 

314.8 KB

 

280.7 KB

 

357.3 KB