Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Nağıl saatı

16.04.2018

      İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı  rayon  MKS-nin  Uşaq şöbəsində  formalaşmış ənənəyə uyğun olaraq növbəti tədbir keçirildi.

    Diyarımızın müxtəlif kəndlərindən şagirdlər kitabxanamıza ekskursiya edib  “Nağıl otağı”nda  xalq nağıllarımızı səhnələşdirib, fondumuzda olan kitablarla maraqlanıb, cizgi filmi seyr etdilər.

    Əməkdaşlarımız oxucuların xaişlərini nəzərə alıb kitabxanamızın  divarlarında  olan daşlaşmış nağıllar barədə məlumatlar verdilər. Hər bir oxucu üçün bu nağıllar-hekayələr düşündürücü olur. Görəsən “Ağacın budağını” bəzəyən bu meyvələr nə haqqındadır? Hansı nağıllardır? Onların mənası nədir?

    Kitabxanın əməkdaşı  oxucuları düşündürən sualları ətraflı cavablandırdı. Oxucular  sonra kitabxanın digər şöbələri ilə tanış oldular, kitabxanaya  üzv  yazıldılar.

 

1.8 MB

 

2.1 MB

 

108 KB