Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

15 Aprel-Beynəlxalq Mədəniyyət günü

16.04.2018

 İsmayıllı Regional Mədəniyyət və Turizm  İdarəsinin tabeliyində fəaliyyət göstərən  Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində 15 Aprel Beynəlxalq Mədəniyyət günü ilə əlaqədar olaraq  dəyirmi masa keçirilmişdir.Bu tarix 1935-ci ildə Vaşinqtonda “Bədii, elmi, müəssisə və tarixi abidələrin mühafizəsi,qorunması haqqında “ imzalanmış müqaviləyə əsasən hər il mütəmadi olaraq dünyanın hər bir yerində qeyd olunur. İndi dünya ölkələri 15 Aprel  Beynəlxalq Mədəniyyət gününü geniş şəkildə qeyd edirlər.

  Hər il olduğu kimi Qəbələ Rayon Tarix-Diyarşünaslıq  Muzeyində geniş formada qeyd olunan bu əlamətdar gün haqqında ziyarətçilərimizə də məlumatlar verilir. Bir sözlə muzeylər tariximizin də, mədəniyyətimizin də ən böyük mühafizə müəssisəsidir. Dəyirmi masa zamanı bu bayramın tarixi, indiki dövrdə yaşadılması haqqında geniş mövzuda söhbətlər aparıldı.

 

108 KB

 

107.7 KB