Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində böyük bəstəkara həsr olunmuş konsert təşkil olunacaq

16.04.2018

2018-ci ilin fevral ayında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illiyi tamam olur.                                                              

    18 aprel 2018 –ci il tarixində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin Böyük zalında bəstəkara həsr olunmuş konsert təşkil olunacaq. Konsertin  aparıcısı Mərkəzin  müəllimi Vüsalə Eyvazovadır. Konsert zamanı aparıcı böyük bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı mühazirə söyləyəcək.  Eləcə də Q.Qarayevin həyat və yaradıcılığını işıqlandıracaq slayd şou və video çarxlar göstəriləcək. Konsert zəngin və rəngarəng proqramla tamaşaçılara təqdim olunacaq.

 

 

5.9 KB