Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Qədəmlərin mübarək, gözəl bahar”

17.03.2018

   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən   Qobustan şəhər R.Behbudov adına  Uşaq İncəsənət məktəbində “Novruz” bayramına həsr olunmuş ”Qədəmlərin mübarək, gözəl bahar” adlı tədbir keçirildi. İlk növbədə tədbir iştirakçıları məktəbin həyətyanı sahəsində  qalanmış tonqal ətrafına toplaşdılar. ”Novruz”bayramının atributlarından olan kosa və keçəlin maraqlı çıxışları tədbir iştirakçılarına  xüsusi bir ovqat bəxş etdi.

      Tədbirin rəsmi hissəsi məktəbin zalında davam etdirildi. Qobustan rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə şöbə müdirinin müavini Aftandil Şikarov və Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin direktoru Zaur Cəfərov çıxış edərək bütün tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdilər.

    Tədbir  Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin şagirdlərinin iştirakı ilə hazırlanmış geniş konsert proqramı ilə davam etdirildi.

 

109.4 KB

 

117.9 KB

 

78.7 KB