Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Novruz bayramı”na həsr olunmuş Bayram şənliyi keçirildi

17.03.2018

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Novruz bayramı”na həsr olunmuş Bayram şənliyi keçirildi.Əvvəlcə Mərkəzin foyelərində Rəssamlıq şöbəsinin müəllim və şagirdlərinin hazırladıqları rəsm sərgisi və əl işləri təqdim olundu ,daha sonra Böyük zalda Mərkəzin nağara ixtisası üzrə müəllimi Antiq Seyidovun  və xoreoqrafiya üzrə müəllimi Pərviz Əliyevlə birgə hazırladıqları konsert proqramı tamaşaçılara təqdim edildi. Rəngarəng musiqi nömrələri  və rəqslər tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.Sonda Mərkəzin direktoru Namiq Rzazadə çıxış edərək tədbir iştirakçılarını Bayram münasibətilə təbrik etdi.

 

87.3 KB

 

332.6 KB

 

161.4 KB