Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı rayonunda Novruz bayramı münasibətilə ümumrayon tədbiri

16.03.2018

    Novruz bayramı respublikamızın hər yerində olduğu kimi Şamaxıda da geniş qeyd olunmuşdur.Prezident cənab İlham Əliyevin Şamaxıya səfəri zamanı Dəmirçi kəndində istifadəyə verilmiş xalq sənət obyektlərinin qarşısındakı meydanda təntənəli təşkil olunmuş tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, kənd və qəsəbələrdən gələn minlərlə sakin iştirak etmişdir.

  Tədbir iştirakçıları əvvəlcə  İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin müəllim və şagirdləri tərəfindən hazırlanmış rəsm sərgisinə baxış keçirmişlər,daha sonra “Buta”rəqs qrupunun çıxışını izləmişlər.    

  Təbiətin oyanışını bildirən səməni və digər novruz atributları ilə əsl bayramsayağı bəzədilən meydanda sərgilənən qədim məişət əşyaları, toxuculuq və əkinçilik alətləri, saxsı və mis qablar və digər sənət nümunələrinin nümayiş olunduğu  sərgilər, o cümlədən xoruz döyüşləri və bişirilən müxtəlif çeşidli milli xörək növləri maraqla qarşılanmışdır. Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha yada salmışlar.
Bayram tədbirində ənənəyə uyğun olaraq tonqal qalanmış, xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılmışdır.

    Tədbirin bədii hissəsində “Gülüstan” xalq çalğı alətləri ansamblı – İncəsənət Təhsili Mərkəzi, rayon Mədəniyyət Mərkəzinin “Şirvan” zurnaçalanlar ansamblı, “Kosa-kosa” oyunu və yumurta döyüşdürənlər,“Nağaraçalanlar” ansamblı – İncəsənət Təhsili Mərkəzi,“Buta rəqs qrupu” – İncəsənət Təhsili Mərkəzi, “İgidlər” rəqs qrupu – İncəsənət Təhsili Mərkəzi,Şamaxı idmançıları – Gənclər və İdman idarəsi,“Şirvan” folklor ansamblı, “Dostlar” ritm qrupu, Aşıq Ağamurad Şirvanlı,Aşıq İxtiyar Qocayev , Aşıq Rza Məmmədov ,Aşıq Şamo Səlimov, Habil Şixaliyev ,Ümüd Əsgərov,Samirə Şirvanlı,Elim Ömərov,Vasif Nuriyev, Elmar Qədimov, Saz ifaçısı Elməddin Qocayev,incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirmiş, rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa etmiş, gənc pəhləvanlar meydan mübarizəsinə çıxmışlar.
   Novruz şənliyi kütləvi rəqslə sona çatmış və tədbir iştirakçılarına əsl bayram əhval-ruhiyyəsi bəxş etmişdir.

 

 

333.6 KB

 

481.9 KB

 

486.4 KB