Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Numizmatik sərgi

16.03.2018

 İsmayıllı Regional Mədəniyyət və Turizm Nazirliyinin  tabeliyində fəaliyyət göstərən Qəbələ Tarix-Diyarşünaslıq muzeyi  bu ilin ilk numizmatik sərgisini təşkil etmişdir.      Daimi ekspozisiya materiallarına fond  nümunələri də əlavə olunmaqla geniş sərgi tamaşaçıların ixtiyarına verildi. Sərgidə Antik dövrdən, orta əsrlərdən yadigar qalmış tarixi nümunələr onu bir daha göstərir ki, Azərbaycan tarixi qədim olduğu qədəmr, həm də zəngindir. IDemetrinin(163-162), I Aleksandrın adına kəsilmiş pullar, Qafqaz Albaniyasında zərb olunmuş pullar vəs kimi numizmatik materiallar  hər kəsin marağına səbəb olur. Sərgi nümunələri içərisində Atabəylər, Səfəvilər, Rəvvadilər, Salarilər, Şirvanşahlar  və s. hakimiyyəti illərində kəsilmiş, dövriyyədə olmuş pullarda çoxluq təşkil edir. Çar Rusiyasının müxtəlif illərdə zərb olunmuş, hal–hazırda kotoloqlarda az rast gəlinən numizmatik nümunələr də məhz Qəbələ Tarix-Diyarşünaslıq muzeyinin fondunda saxlanılır.

 

266.6 KB

 

271.4 KB

 

271.7 KB