Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xalq yazıçısı Anarın anadan olmasının 80 illiyi

12.03.2018

     Anar  Rəsul oğlu Rzayev  1938-ci il Mart ayının 14-də xalq şairi Rəsul Rzanın və Nigar Rəfibəylinin ailəsində anadan olmuşdur .Azərbaycan dilində və başqa dillərdə 120-dən artıq nəsr, dram, şeir və bədii-bioqrafik kitabları nəşr edilmişdir.12 bədii filmin və 10-dan artıq sənədli televiziya filminin ssenari müəllifidir. 8 pyesi Azərbaycanda, Türkiyədə, Moskvada, Özbəkstanda, Tatarstanda və Türkmənstanda tamaşaya qoyulmuşdur. 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir. 2 dəfə millət vəkili seçilmişdir. 1976-cı ildə “Əməkdar incəsənət xadimi”, 1998-ci ildə “Xalq yazıçısı” fəxri adlarına layiq görülmüş, 1980-cı ildə Dövlət mükafatı laureatı olmuşdur. 1998-ci ildə “İstiqlal”, 2014-cü ildə  “Şərəf” ordeni ilə təltif olunmuşdur. 2011-ci ildə “Heydər Əliyev” mükafatının,”Humay” mükafatının laureatı olmuşdur. Prezident təqaüdçüsüdür. Professor A.Rzayev AMEA Nizami adına Ədəbiyyat İnstitunun, Nəsimi adına Dilçilik İnstitunun, bir neçə Türkiyə universitetlərinin fəxri doktorudur. Anar  2012-ci ildə Türk dünyasında ilin ədəbiyyat adamı, 2014-cü ildə türkdilli ölkələrin Yazıçılar Birliyinin ilk sədri olmuşdur.

   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mərkəzi kitabxanasında xalq yazıçısı Anarın anadan olmasının 80 illiyi münasibəti ilə dəyirmi masa və kitab sərgisi təşkil edilmişdir.

 

68.5 KB

 

76.8 KB