Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

10 mart Milli Teatr və 27 mart Beynəlxalq Teatr günü ilə əlaqədar olaraq dəyirmi masa

10.03.2018

   1962-ci ildə Qəbələdə “Cəlil Məmmədquluzadə adına Xalq teatrı” yaradılmış az bir müddət ərzində də şan –şöhrət qazanmışdır. Şirin Abdullayevin  fəaliyyəti dövründə  yaradılmış bu kollektiv Qəbələdə, o cümlədən digər rayonların  teatr səhnəsində dəfələrlə çıxışlar etmiş, Mədəniyyət Nazirliyinin  fəxri   fərmanları ilə təltif olunmuşdur. İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq  muzeyinin fondunda həmin teatrın fəaliyyətə başladığı gündən əldə etdiyi nailiyyətlər, yaranma tarixi ümumilikdə bütün məlumatlar  qorunub saxlanılır, təbliğ edilir. ”10 mart Milli teatr günü” ilə əlaqədar  olaraq muzeydə dəyirmi masa, sərgi təşkil edilmişdir. Dəyirmi masada Qəbələdə Cəlil Məmmədquluzadə adına Xalq teatrının yaradılmasında Şirin Abdullayevin böyük əməyindən söhbət açıldı, şəxsən 1970–ci illərdə onunla birgə çalışan Nəsibə Məmmədovanın həmin illərdən  xatirələri dinlənildi. Onu da qeyd edək ki, Qəbələ xalq teatrı  bu gün də maraqlı, bacarıqlı, istedadlı, baxımlı repertuarları ilə tamaşaçıların maraq dünyasını zənginləşdirir.

 

323 KB

 

308.7 KB

 

308.3 KB