Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qəbələ rayon MKS-də Qadınlar bayramı qeyd olundu

07.03.2018

 8 Mart "Beynəlxalq Qadınlar Günü münasibətiylə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon MKS-nin Mərkəzi kitabxanasının Oxu zalında tədbir keçirildi. Tədbirdə Qəbələ MKS-nin işçi kollektivi və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadınlar iştirak edirdilər.

  Tədbiri Mərkəzi kitabxananın direktoru  Anar Rüstəmli açıq elan edərək, xanımlarımıza, analarımıza səmimi təbriklərini çatdırdı, rəhbərlik etdiyi xanım kollektivinə xüsusi təbriklərini vurğuladı.

  Xanımları təbrik etməyə gələn xüsusi bir qonağımız da Həmkarlar Təşkilatının sədri, Malik Ağayev idi. O da öz çıxışında bütün anaları və xanımları təbrik etdi və xanımlarımıza əsil qadın xoşbəxtliyi arzuladı.

   Mərkəzi kitabxananın Metodik şöbənin müdiri Maarif Həsənov da birlikdə işlədiyi qadın kollektivini səmimi çıxışı ilə təbrik etdi və öz çıxışını Azərbaycanın dahi şairi və mütəfəkkiri Hüseyn Cavidin yaradıcılığına müraciət edərək tamamladı.

Qeyd etdi ki: Qadın gülərsə bu issız mühitimiz güləcək,

                     Sürüklənən bəşəriyyət qadınla yüksələcək

    Məktəblilərin də iştirak etdiyi tədbirdə əyləncəli saatlar yaşandı. Ana, qadın, gözəllik, saflıq mövzusunda şeirlər və mahnılar səsləndirən balaca məktəblilər öz analarının timsalında bütün qadınları təbrik etdilər. Tədbir konsert proqramı ilə davam etmişdir.

 

169 KB

 

192.5 KB

 

261.9 KB