07.03.2018
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon Təklə kənd Uşaq Musiqi məktəbində “8 Mart-Beynəlxalq Qadınlar Günü”nə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir zamanı öncə məktəbin direktoru Gülağa müəllim qadın həmkarlarını səmimi qəlbdən təbrik etmişdir. Sonra məktəb şagirdləri geniş konsert proqramı ilə kollektivin qadınlarını təbrik etmişlər..