Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Həyatın əbədi baharı!”

07.03.2018

Ağsu rayonunun “Tural Plaza” şadlıq evində  8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin təbrikindən sonra İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin qadınlara həsr etdiyi  “Həyatın əbədi baharı!” adlı ədəbi-bədii gecə davam etmişdir. Tədbirdə “Qönçə” xalq çalğı alətləri ansamblının  müşayiəti ilə bəstəkarlarımızın qadınlara həsr etdiyi mahnılar, tarın lirik melodiyalarının müşayiəti ilə şairlərimizin anaların dünyasından söhbət açan şerləri bir-birini əvəz etmişdir. 2 saat ərzində böyük bayram əhval-ruhiyyəsi yaşayan tədbir iştirakçıları kollektiv rəqslərlə tədbiri daha da rövnəqləndirmişlər.

 

95.4 KB

 

71.2 KB

 

95.2 KB