Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qobustanda 8 mart “Beynəlxalq Qadınlar”gününə həsr olunmuş rayon tədbiri

07.03.2018

 Qobustan rayonunda rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  R.Behbudov adına Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə 8 mart “Beynəlxalq Qadınlar”gününə həsr olunmuş rayon tədbiri keçirildi. Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Qobustan rayon İcra Hakimiyyəti başçısının müavinləri Məharət Əkbərov,Təranə Güləliyeva və rayon ictimaiyyətinin fəalları iştirak etdilər.

    Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək qadınların müasir cəmiyyətimizdəki əhəmiyyətli rolunu vurğuladı. O, Azərbaycan Respublikasının I Vitse-Prezidenti,YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bir Azərbaycan xanımı olaraq Azərbaycan xalqı üçün müstəsna xidmətlərini  xüsusi olaraq vurğuladı.

   Tədbirdə Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin müəllimləri Kərimova Mətanət Vidadi qızı və Məmmədova Şahanə Zahid qızı rayonun ictimai-siyasi həyatında və tədrisdə fərqləndiklərinə görə Qobustan rayon İcra Hakimiyyətinin başçısının fəxri-fərmanları ilə təltif olundular.

   Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin müəllimlərinin və  şagirdlərinin hazırladığı geniş konsert proqramı tədbir iştirakçıları tərəfindən hərarətlə qarşılandı.

 

380.6 KB

 

372.3 KB

 

386 KB