Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Uşaq Musiqi Məktəbinin Qadınlara təbriki

07.03.2018

 İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu  rayonu  Heydər Əliyev Mərkəzində Uşaq Musiqi Məktəbinin 8 mart- Beynəlxalq Qadınlar gününə həsr olunmuş geniş konsert proqramı təşkil olundu. Tədbirdə rayon İcra Hakimiyyətinin, Mədəniyyət işçiləri Kəmkarlar İttifaqının Ağsu rayonu üzrə sədri də iştirak etmişdir.

  Tədbir zamanı məktəbin direktoru Yaqub müəllim  hər iki müəssisədə çalışan və onların timsalında bütün qadınları təbrik edərək onlara ən xoş arzularının çatdırdı. Daha sonra məktəbin şagirdləri bir-birindən gözəl, şən əhval-ruhiyyəli ifaları ilə hər kəsin ruhunu oxşadılar.

 

82 KB

 

95.4 KB

 

98.8 KB