Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin pilot layihəsi çərçivəsində Qadınlar bayramı qeyd olundu

07.03.2018

   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin pilot layihəsi çərçivəsində  Nazirliyin, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçı dəstəyi ilə Qəbələ rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilib.

  Tədbir zamanı çıxış edən Mərkəzin direktoru Asif Usubəliyev qadınları bayram münasibətilə təbrik etmiş, rayonun və ümumilikdə dövlətimizin sosial-siyasi həyatında qadınların oynadıqları roldan söhbət açmışdır.

  Tədbirdə  Qəbələ rayon İncəsənət məktəbinin ansamblı tərəfindən təşkil olunmuş musiqi nömrələri  təqdim olunuşdur.

   Sonda  Qəbələ rayonun müxtəlif sahələrdə çalışan fəal qadınlara  Mərkəz tərəfindən təsis olunmuş mükafatlar təqdim edilmişdir.

 

 

119.5 KB

 

241.6 KB

 

274.5 KB