Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xocalı faciəsin 29-cu il dönümü

23.02.2021

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn tədbir 23 fevral 2021-ci il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzi tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirilmişdir. Yığıncaqda faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Burada İsmayıllı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Nargilə Qafarova çıxış edərək Xocalı faciəsi haqqında geniş məlumat vermişdir. Sonra Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev faciənin törədilməsi, soyqırım aktının həyata keçirilməsinin məqsədi haqqında söhbət aparmışdır. Çıxış edənlər Xocalı faciəsinin tarixi gerçəklikləri haqqında fikir mübadiləsi aparmışlar.

 

62.4 KB

 

48.6 KB

 

62.4 KB