16.02.2021
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.
Dövlət başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.
Bununla əlaqədar olaraq İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və fəal oxucuları Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasından "Kərpickəsən qocanın dastanı" hekayəsinin səhnələşdirilmiş versiyasını hazırlayıblar.
videonu linkə keçid edərək izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=XgJfII-Xr3Y