Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür

12.12.2020

Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.On yeddi il bundan əvvəl Vətən öz böyük oğlunu itirmişdir. Ancaq bu on yeddi  ilin hər bir ili Heydər Əliyev siyasətinin təntənəsi ili olmuşdur. Çünki bu on yeddi ildə Heydər Əliyev siyasəti davam etdirilmiş, Azərbaycan uğurla inkişaf etmişdir. Ən böyük arzusu doğma torpaqlarımızın azadlığını görmək olan Ümummilli liderin ruhu artıq şaddır. Onun layiqli davamçısı olan Prezident İlham  Əliyevin başçılığı altında rəşadətli ordumuz torpaqlarımızı düşmən tapdağından azad etmişdir. Respublikamızın hər bölgəsində olduğu kimi İsmayıllı rayonunda da Ulu Öndərin əziz xatirəsi yad edilmişdir. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və digər müəssisələrin rəhbərləri,İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov , mədəniyyət müəssisələrinin əməkdaşları Ümummilli liderin mərkəzi meydanda yerləşən heykəlinin önünə gül dəstələri düzmüş, onun əziz xatirəsini yad etmişdirlər.  Daha sonra İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr edilmiş sərgi nümayiş olunmuşdur. İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin solisti Ulu Öndərə ithaf olunmuş  mahnı ifa etmişdir.

Qeyd edək ki, anım mərasimi karantin rejimi qaydalarına uyğun həyata keçirilmişdir.

Ümummilli liderin əziz xatirəsini hörmət və ehtiramla anırıq!

 

 

 

76.8 KB

 

57.5 KB

 

42.1 KB