Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mersində keçirilən beynəlxalq simpoziumda ölkəmiz təmsil olunub.

22.10.2020

Mersində keçirilən beynəlxalq simpoziumda ölkəmiz də təmsil olunub Türkiyənin Mersin Universitetinin təşkilatçılığı ilə videokonfrans formatında Millətlərarası Mersin simpoziumu keçirilib. Simpoziuma Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Pakistan, İsveçrə və digər ölkələrdən nümayəndələr qatılıblar. Simpoziumda regional mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Könül Baxışova “Qafqaz Albaniyasında qadınların cəmiyyətdəki siyasi-ictimai təsirləri” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycan-Türkiyə qardaşlığına diqqət çəkərək “İki dövlət, bir millət” şüarının mənəvi dəyərindən danışıb, Azərbaycanın ərazi bütövlüyü üçün xüsusi əhəmiyyət kəsb edən bu günlərdə Türkiyədən göstərilən mənəvi dəstəyin əhəmiyyətini vurğulayıb.

 

135.8 KB

 

57.4 KB

 

53 KB