Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ordumuza üçrəngli dəstək

14.10.2020

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kürdmaşı kənd Yaradıcılıq evi, Nur Qadın İnkişaf Qrupu  və kənd icra nümayəndəliyinin birgə təşəbbüsü ilə ordumuza dəstək məqsədilə bayraq tikilişinə başlanılıb.  Təmmənnasız olaraq tikilən bayraqlar, əhaliyə pulsuz paylanılır.  Hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, ideologiyasının ifadəsidir. Bayrağa hörmət və ehtiram dünya xalqlarını birləşdirən dəyərlərdən biridir. Bu ehtiram Azərbaycan xalqında xüsusilə qabarıq şəkildə özünü büruzə verir. Bunun da bir səbəbi üçrəngli bayrağın çox keşməkeşlərdən, qadağalardan keçib bu günümüzə çatmasıdır. Onun yenidən üzə çıxması, dövlət rəmzinə çevrilməsi üçün xalqımız minlərlə qurban vermişdir.  Azərbaycanın qüdrətli və rəşadətli ordusu Ermənistanın növbəti hücumunun qarşısını alaraq əks-hücuma keçərək 30 ilədək düşmən tapdağında olan torpaqlarını bir-bir azad edir. Ordumuza göstərilən üçrəngli dəstək, bayrağımız Qarabağda dalğalananadək davam etdiriləcəkdir.

 

 

34.1 KB