Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xalq artisti İlham Namiq Kamalın rəhbərliyi ilə istedadlı gənclərin çıxışlarına baxış keçirilmişdir.

29.07.2020

Teatra, sənət adamlarına böyük diqqət göstərən Ümummilli lider Heydər Əliyevin qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq milli teatr sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Mədəniyyət müəssisələrinə diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binaları yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Regionlarda fəaliyyət göstərən teatrlar tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtının mənalı təşkilində əhəmiyyətli rol oynayır. Teatr o zaman davamlı inkişaf yolunda olur ki, orada gənc aktyorlar nəsli yetişsin. İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən “Xalq teatrlarına” yeni istedadların cəlb edilməsi, gənclərdə yaradıcılığa həvəsin artırılması, teatrların fəaliyyətinin canlandırılması məqsədi ilə gənc istedadların yaradıcılığına ümumregion baxış keçirilir. Cari ilin 28 iyul tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Xalq artisti İlham Namiq Kamalın rəhbərliyi ilə istedadlı gənclərin çıxışlarına baxış keçirilmişdir. İlham Namiq Kamal xalq teatrlarının bölgələrdəki mədəni həyata təsiri, istedadlı aktyorların yetişməsi üçün oynadığı rolun vacibliyi, peşəkar teatrlar üçün baza kimi əhəmiyyətindən danışmışdır. Qeyd edək ki, tədbir ölkə üzrə elan edilən karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilmişdir.

 

74.7 KB

 

60.2 KB