Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi

30.06.2020

Dünyanın bəlasına çevrilmiş COVID-19-la mübarizədə hər bir dövlətin başçısı öz mövqeyini ortaya qoydu. Azərbaycan Respublikası dünya dövlətləri sırasında nümunəvi təcrübə nümayiş etdirir və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz koronavirusla mübarizədə milli, regional və beynəlxalq səviyyədə ardıcıl, sistemli mübarizə aparır. Koronavirusun yayılmağa  başladığı ilk dövrlərdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə COVID-19-a həsr olunmuş iki zirvə görüşü təşkil edildi.

Qoşulmama Hərəkatının Təmas Qrupunun videoformatda keçirilən Zirvə görüşündə dövlətimizin başçısı üzv dövlətlərə səslənərək BMT-nin xüsusi sessiyasının keçirilməsini təklif etdi. Nizamnaməyə uyğun olaraq təşəbbüsün 97 ölkə tərəfindən dəstəklənməsi kifayət etsə də, Azərbaycan Prezidentinin bu təşəbbüsünü dünyanın 130 dövləti dəstəklədi. Bu, Azərbaycan dövlətinin, onun Prezidenti İlham Əliyevin diplomatik qələbəsidir, böyük uğurudur.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis müavini Azər Abbasov və  İsmayıllı rayon mədəniyyət müəssisələrinin  rəhbərlərinin iştirakı ilə  mövzu əsasında videokonfrans təşkil olunmuşdur. Edilən çıxışlarda  Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürməsi və  BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisi olduğu vurğulanmışdır.  İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis müavini Azər Abbasov çıxışında   xüsusi sessiyanın  pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacağını və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəyinə əmin olduqlarını vurğulamışdır.

 

98.9 KB

 

74.5 KB

 

73.2 KB