Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Silahlı Qüvvələr Günü münasibəti ilə İsmayıllı Mərkəzi kitabxanasında tədbir keçirilib.

26.06.2020

26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür. Bu il Silahlı Qüvvələrimizin 102-ci ildönümüdür. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Bu gündə Azərbaycan Silahlı Qüvvələrinin quruculuğ prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır.
Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun Azərbaycanda Silahlı Qüvvələri günü kimi bayram edilir. Bu bayram münasibətilə İsmayıllı rayon Mərkəzi kitabxanası tədbir, "26 iyun Silahlı Qüvvələr günü" başlıqlı sərgi təşkil etmişdir və İsmayıllı rayon MKS-nin müdiri Könül Baxışova çıxışında Azərbaycan Respublikasının Silahlı Qüvvələrərinin şəxsi heyətini təbrik edərək, bu çətin və şərəfli xidmətində onlara uğurlar arzu etmişdir

 

59.1 KB

 

58 KB

 

64.6 KB