Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İsmayıllı Regional Mədəniyyət İdarəsinin elan etdiyi ”evdə qal,evdə yarat” yaradıcılıq müsabiqəsi yekunlaşıb.

20.05.2020

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Evdə qal evdə yarat” təşəbbüsünə qoşularaq İsmayıllı Regional Mədəniyyət İdarəsinin elan etdiyi yaradıcılıq müsabiqəsi yekunlaşıb .Qeyd edək ki,müsabiqə İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlar üzrə 01-30 aprel 2020-ci il tarixləri arasında keçirilib.İştirakçılar, yaratdığı  əsərləri (əl işi, rəsm əsəri, musiqi, dizayn, video, yazılı mətn, foto, yaradıcı texnologiya və s) göstərilən www.facebook.com/ismayilliregional/ ünvanına göndəriblər. Hər bir nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Nəzərinizə çatdıraq ki, qaliblər haqqda məlumat  yaxın günlərdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin sosial şəbəkələrində açıqlanacaqdır. Təltifolunma mərasimi isə karantin rejiminin sonunda İsmayıllı rayon Heydər Əliyev  adına Mədəniyyət Mərkəzində keçiriləcəkdir .

 

151.5 KB