Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Xəbərlər
Xəbərlər

Sərdahar kəndinin qonaqları

14.02.2018

 

 Kitabxana xalq,  millət üçün,  cəmiyyət  üçün  müqəddəs  bir  yer, mənəviyyat üçün, bilik,  zəka mənbəyidir.                                                                 

                                                                                   Ümummilli lider Heydər Əliyev 

        Yaşadığımız əsr İKT dövrüdür. Kompyüterlərin, elektron poçt və bloknotların, SMS-lərin, stikerlərin və digər sürətli ünsiyyət vasitələrinin populyar  olduğu bir dövrdə bu vasitələr rayonumuzun gələcəyi olan uşaqları özünə cəlb edir. Məlumdur ki, inkişaf etmiş kommunkasiyalar uşaqları kitab və kitabxanalardan uzaqlaşdırır.

       İsmayıllı rayon MKS-nin Uşaq şöbəsinin əməkdaşları şagirdləri kitabxanalara cəlb etmək və onların asudə vaxtlarını səmərəli keçirtməklərinə köməklik məqsədilə səyyar kitabxana təşkil etmişdir.

         Bu dəfə əməkdaşlarımız İsmayıllı rayonunun ucqar, dağlıq və çox səfalı guşələrindən olan Sərdahar kəndində oldular. Sərdahar kəndinin ümumi orta məktəbində şagirdlərlə görüş keçirildi, balacaların yeni kitablarla tanışlığı və qısa həcmli əsərlərin bədii qiraəti təşkil edildi.

   

 

173.2 KB

 

136.3 KB

 

120.1 KB