Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Xəbərlər
Xəbərlər

Müasir Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisidir

13.02.2018

    Bu il Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Bu münasibətilə Prezident İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

  Bu sərəncamı əldə rəhbər tutaraq İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən hər bir mədəniyyət müəssisələrində il ərzində təşkil olunması nəzərdə tutlan silsilə tədbirlər hazırlanmışdır.

  Bu gün İsmayıllı rayonu Heydər Əliyev  adına Mədəniyyət Mərkəzində mədəniyyət müəssisələrinin birgə iştirakı, MKS-in təşkilatçılığı ilə  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü ilə bağlı növbəti tədbir təşkil olundu.

  Tədbiri giriş sözü ilə açan MKS-in direktoru K. Baxışova Azərbaycan Xalq Cümhuriyyəti haqqında söhbət açdı.

   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini A.Abbasov çıxışı zamanı  bu günkü müstəqil Azərbaycan Respublikası haqqında, müstəqilliyimizi yenidən bizə bəxş edən Ulu öndər Heydər Əliyev  haqqında çıxış etdi.

    Veteran jurnalist  V.Salehov və digər iştirakçılar da bu günkü çiçəklənən Azərbaycanımız haqqında çıxışlar etdi və MKS-in hazırlıadığı video-çarx nümayiş olundu. 

 

 

251.6 KB

 

256.2 KB

 

253.1 KB