Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Vilnusda Qəbələ rayonunun təqdimati keçirilmişdir

12.02.2018

   Fevralın 12-də Vilnusda Qəbələ rayonunun təqdimati keçirilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Litvadaki səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə xarici ölkələrin Litvadaki səfirliklərinin nümayəndələri, Türkiyə və İsrailin Litvadaki səfirləri, yerli turizm şirkətlərinin və bir sıra təşkilatların nümayəndələri işdirak etmişlər.
  Tədbirdə rayon haqqında videorolik göstərilmiş, tətbiqi sənət sərgisi, milli kulinariya nümunələri nümayiş etdirilmişdir. Tədbir zamanı tanınmış Litva musiqiçilərinin ifasında Qara Qarayevin, Fikrət Əmirovun əsərləri və Azərbaycan xalq musiqisi səsləndirilmişdir.

 

82 KB

 

77.4 KB