Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Xəbərlər
Xəbərlər

Maraqlı sənət nümunələri

13.02.2018

       Daim ekspozisiyasını genişləndirən, yeniləyən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq muzeyi 2018-ci ilin yeni bir maraqlı sərgisini təşkil etmişdir. Bu materiallar içərisində misdən hazırlanmış camlar, misdən-tuncdan bəzəklər, müxtəlif formalı tunc çəki daşları, əqiq muncuqlar, şüşə bilərziklər, sümükdən iynə qabları, düymələr, üzüklər, bıçaq dəstəkləri, gildən hazırlanmış iy başlıqları və s. daha diqqətçəkən və valehedici sənət nümunələridir. Qədim tariximizin yadigarları olan bu eksponatlar həqiqətən də unikal sənət nümunəsi kimi bu gün hər bir kəsin diqqət və marağına səbəb olmuşdur. Tariximizin mühafizəsi, təbliği işini  davam etdirən, gələcək nəsillər üçün yaşadan muzey kollektivi xüsusu olaraq məktəblilərin ekspozisiyaya baxışını geniş surətdə təşkil etdi. Müxtəlif illəri əhatə edən bu nümunələri görmək istəyən hər bir kəsi muzeyimizə dəvət edirik.

 

275.8 KB

 

210 KB

 

206 KB