Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Xəbərlər
Xəbərlər

Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər

12.02.2018

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayonu MKS-nin Uşaq şöbəsi oxucuları kitabxanalara cəlb etmək məqsədilə növbəti tədbirini dünya ədəbiyyatı incilərini bizə bəxş edən yazıçıların əsərlərinə həsr etdi. Bu gün  kitabxananın qonaqları rayonumuzda fəaliyyət göstərən bir neçə  məktəbin şagirdləri oldu. Yeniyetmə və gənclərimizin pis vərdişlərdən uzaq olmalarında böyük rol oynayan kitabxana əməkdaşları müxtəlif yaşlı oxucuları fondda olan xarici ədəbiyyatla tanış etdilər. Dünya ədəbiyyatı incilərindən sayılan İspan yazıçısı Miqel de Servantesin, Alman şairi Hayrix Haynenin, İngilis yazıçısı Conatan Sfiftin  əsərləri  müzakirə olundu.

 

1.3 MB

 

1.3 MB

 

2.9 MB