Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qobustan şəhər Mərkəzi Kitabxananın foyesində 5 mart Bədən tərbiyəsi və idman günü münasibətilə “ Sağlam həyat sağlam idmanın nəticəsidir” adlı tədbir keçirilib.

05.03.2020

5  mart 2020-ci ildə Qobustan şəhər    Mərkəzi  Kitabxananın foyesində 5 mart Bədən tərbiyəsi və idman günü münasibətilə  “ Sağlam həyat  sağlam idmanın nəticəsidir”   adlı tədbir keçirilib.  Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları , üç qat dünya çempionu , əməkdar  idman ustası İbad Rzazadə və yetirmələri , Mədəniyyət  Mərkəzinin əməkdaşları iştirak  ediblər. Tədbiri giriş sözü ilə açan  Metodika  və biblioqrafiya şöbəsinin əməkdaşı Mürsəliyeva  Xanım  çıxış edərək əlamətdar gün münasibətilə idman ictimayətinin nümayəndələrini təbrik edib. Dövlətin digər sahələrə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Xidmət şöbəsinin əməkdaşı  Vüsalə Şıxıyeva  “Azərbaycanda bədən tərbiyəsi və idmanın tarixi” mövzusunda məruzə edib, eyni zamanda  Şairə İzzət Bəxtiyar qızı İbad Rzazadəyə həsr etdiyi  “Tanımırsan, tanı İbadı” adlı şerini ifa edib. Qobustan idmançılarının uğurlarından bəhs edən videoçarx  nümayiş olunub. İdmançıların nümunəvi çıxışları  iştirakçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
 

 

237.5 KB

 

269.3 KB

 

269 KB