Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində növbəti aylıq seminar keçirilmişdir.

11.02.2020

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 11 fevral  2020-ci il tarixində  aylıq seminar keçirilmişdir. Seminarda İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin tabeçiliyində olan klubların işçiləri,rəhbərləri iştirak etmişdirlər.Klub və yaradıcılıq evlərinin rəhbər və işçilərinə qarşıdakı birinci yarım ildə tədbirlər,görüləcək işlər ,iclaslar haqqında tapşırıqlar verilmişdir. Daha sonra seminarda Xocalı soyqırımı  qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mədəniyyət Mərkəzinin direktoru Araz Şəmdinli çıxış edərək, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş və faciəli, tarixdə analoqu çox az olan hadisələrdən birinin  Xocalıda baş vermiş soyqırım olduğunu  bildirmişdir.Mərkəzin direktoru tərəfindən klub müəssisələri və yaradıcılıq evlərində 26 fevral-Xocalı soyqırımı  hadisələri ilə bağlı silsilə tədbirlər keçirilməsinin vacibliyi vurğulanmışdır.

 

45 KB

 

42.6 KB

 

47.5 KB