Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə “ İnternet adı bir oyun vasitəsi deyil, internet bizim həyatımızdır” mövzusunda seminar – məşğələ keçirilmişdir.

08.02.2020

    İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət  göstərən Şamaxı rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə Şamaxı rayon Avropa liseyində Beynəlxalq Təhlükəsiz İnternet günü ilə əlaqədar “ İnternet adı bir oyun vasitəsi deyil, internet bizim həyatımızdır” mövzusunda seminar – məşğələ  keçirilmişdir. Tədbirdə liseyin 6-cı sinif şagirdləri iştirak etmişdirlər. Şöbənin multimedia mütəxəssisi Gülnar Səftərova çıxış edərək uşaqlara internetdən istifadə edərkən qarşılaşa biləcəkləri təhlükələr barədə məlumat danışmış,habelə sosial  şəbəkələrdən istifadə edərkən hansı təhlükəsizlik qaydalarına riayət etməli olduqları, çətin yadda qalan şifrə yaratmaq yolları və s.barədə məlumat vermişdir. Həmçinin mövzu üzrə uşaqların verdiyi suallar cavablandırılmışdır. Tədbir çərçivəsində uşaqlara“ İnternetdən nə üçün istifadə edirsiniz” adlı video təqdimata nümayiş olunmuşdur.

 

 

172.3 KB

 

167.7 KB

 

153.6 KB