Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İsmayıllı rayon mədəniyyət müəssisələrində Mübariz İbrahimova həsr edilmiş silsilə tədbirlər keçirilmişdir.

07.02.2020

İsmayıllı  rayon Heydər Əliyev adın adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən bir sıra Yaradıcılıq  klubları və İsmayıllı MKS-nin bir sıra kənd kitabxana filiallarında Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibəti ilə silsilə tədbirlər keçirilmişdir. Təzəkənd kənd klubu və  Təzəkənd kənd kitabxana filialının  birgə təşkilatçılığı ilə sərgi təşkil olunmuş,Qubaxəlilli kənd Yaradıcılıq evi və Qubaxəlilli kənd kitabxana filialında isə  geniş tədbir keçirilmiş, milli qəhrəmanımız haqqında tədbir iştirakçılarına məlumat verilmişdir. MKS-nin Kürdmaşı kənd kitabxana filialı və Kürdmaşı  kənd Yaradıcılıq evinin birgə təşkilatçılığı ilə “Şəhidlər ölməz” adı altında anım tədbiri keçirilmiş,tədbirdə Mübariz İbrahimova həsr edilmiş şeirlər söylənilmişdir. Ağbulaq kənd yaradıcılıq evinin əməkdaşları Ağbulaq kənd məktəbində olmuş, məktəblilərə Mübariz İbrahimovun həyatı haqqında məlumat verilmiş, Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, doğum günü qeyd edilən Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq, mübarizlik hissi olduğu vurğulanmışdır. Qalagah kənd Yaradıcılıq evində isə Qəhrəmanın həyatını əks etdirən foto stend qurulmuşdur.

 

 

87.2 KB

 

94.1 KB

 

68.2 KB