Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi Qəbələ Heydər Əliyev Mərkəzində “Qədim Azərbaycan torpağı Xankəndi” başlığı altında dəyirmi masa təşkil etmişdir

25.12.2019

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi Qəbələ Heydər Əliyev Mərkəzində “Qədim Azərbaycan torpağı Xankəndi” başlığı altında dəyirmi masa təşkil etmişdir.İlk olaraq Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin böyük elmi işçisi Nəsibə Məmmədova “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi” mövzusunda geniş tarixi məruzə etdi.Daha sonra Sovet hakimiyyəti illərində ermənilərin qədim Azərbaycan torpaqlarında yaşayaraq tariximizə zərbə vurmaları,maddi sərvətlərimizi talan etməsi,abidələrimizi məhv edərək keçmişimizə kölgə salmaq,xalqımızı uçuruma aparmaqlarını,gizli, xain planları haqqında geniş tarixi mövzuda söhbətlər aparıldı.