Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Nəsimi ili” çərçivəsində Azərbaycanın dahi şairi İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş ədəbi-bədii tədbir keçiriilmişdir.

26.11.2019

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 2019-cu il 11 yanvar tarixli Sərəncamlarının icrası istiqamətində Şamaxı rayonunda 25 noyabr 2019-cu il tarixində saat 15:00 -da Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində “Nəsimi ili” çərçivəsində Azərbaycanın dahi şairi İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş ədəbi-bədii tədbir keçiriilmişdir. Tədbirdə  İsmayıllı Regoinal Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov və Şamaxı rayon Mədəniyyət müəssisələrinin rəhbərləri iştirak etmişlər.Tədbiri giriş sözü ilə açan İsmayıllı Regoinal Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə tədbir iştirakçılarına  İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olduğunu, şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş dahi mütəfəkkir- şair olduğu haqqında məlumat verdi. Daha sonra İ. Nəsimi haqqında çəkilmiş kino-filmdən fraqmentlər göstərildi və davamı olaraq Mərkəzin müəllimi Antiq Seyidovun müəllimlərlə birlikdə  hazirladıqları bədii hissə nümayiş olundu .Böyük rəğbətlə qarşılanan konsert proqramında  Fərəc  Əliyev şairin qəzəllərini   söyləyərək  tədbiri bir qədər də rövnəqləndirdi.

 

338.7 KB

 

383.3 KB

 

333.6 KB