Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Özbək kinosu həftəsi” çərçivəsində Qəbələ və İsmayıllıda tədbirlər keçirilib

25.11.2019

Noyabrın 17-dən 24-dək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Özbəkkino” Milli Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda “Özbək kinosu həftəsi” keçirildi.

Özbəkistandan olan nümayəndə heyəti kino həftəsi çərçivəsində İsamayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Qəbələ şəhərinə səfər edərək mədəniyyət müəssisələri və tarixi abidələrlə tanış olublar.

Səfər zamanı nümayəndə heyətinin yerli kinosevərlərlə görüşü və film nümayişi təşkil olunub. Qəbələ rayon Mədəniyyət Mərkəzində  baş tutan görüşdə Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, “Özbəkkino” Milli Agentliyinin mətbuat xidmətinin əməkdaşı, kinoşünas Barno Unqboyeva, SSRİ Dövlət mükafatı laureatı, rejissor Şuxrat Mahmudov, Əməkdar artist Rano Şadiyeva və ssenari müəllifi Roza Merkinbayeva iştirak ediblər.

Filmin nümayişindən əvvəl nazirliyinin nümayəndəsi Almaz Sultanzadə qonaqları tamaşaçılara təqdim edərək, diqqətə çatdırıb ki, ölkəmizdə “Özbək kinosu həftəsi” ikinci dəfə keçirildiyini, bu dəfə qardaş ölkənin filmləri ilə təkcə paytaxt sakinləri deyil, bölgələrdəki vətəndaşlar da tanış olmaq imkanı qazandıqlarını bildirib. Özbəkistan-Azərbaycan ədəbi və mədəni əlaqələri, Özbəkistanda kino sənayesinin inkişafı ilə bağlı məlumatı diqqətə çatdıran kinoşünas Barno Unqboyeva və rejissor Şuxrat Mahmudov kino həftəsində müxtəlif janrlarda – tarixi, sənədli, bədii və cizgi filmlərinin nümayiş olunacağını bildirərək, hər kəsi bu filmlərlə tanışlığa dəvət ediblər.

Çıxışlardan sonra qardaş ölkənin “Sənətkarlar diyarı” sənədli filminin nümayişi olub. Filmin izləyiciləri qısa müddət ərzində Özbəkistanın tarixi məkanlarına səyahət edərək, özbək xalqının mədəni irsi ilə tanış olmaq imkanı qazanıblar. Tədbirin sonunda Barno Unqboyeva qonaqpərvərliyə və yaradılan şəraitə görə təşəkkürünü bildirib.

*      *      *

Daha sonra qonaqlar İsmayıllı rayonuna baş çəkiblər. Rayon Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olan qonaqlar, mərkəzdə fəaliyyət göstərən şahmat və rəsm otaqlarında olmuş, mərkəzdə sərgilənən əl işləri ilə yaxından tanış olublar.

Tanışlıq zamanı İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin foyesində  “Niyal” instrumental ansamblı konsert proqramı ilə çıxış etmiş, ansamblın çıxışı qonaqlar tərəfindən alqışlarla  qarşılanmışdır.

 

69.4 KB

 

238 KB

 

115.7 KB