Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qəbələ Rayon-Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi Heydər Əiyev Mərkəzində “27 –ci ilin uğurlu yolu ”mövzusunda dəyirmi masa təşkil etmişdir

25.11.2019

27-ci ilin uğurlu yolu YAP

Ümummilli Liderimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti,ölçüyəgəlməz xidmətləri,əzm və fədakarlığı sayəsində xalqımız gələcəyə inamla baxmağa başladı.Müdrik rəhbərimiz xalqımızı,vətənimizi, tarixi vətən torpaqlarımızı düşməndən qorumaq üçün əsla yorulmadı.O, uzaqgörən siyasəti ,dərin zəkası ilə Azərbaycan xalqını kütləvi qırğından xilas etdi,dövlətçiliyimizi qoruyub saxladı,xarici sərmayədarları Azərbaycana cəlb etdi.Bir düha kimi xalqımızın haqlı olduğunu dünyaya bəyan etdi,faciələrimizə siyasi qiymət verdi,sonunda respublikamızı nüfuzlu beynəlxalq təşkillatlara qovuşdurdu.Xalqımız məhz Heydər Əliyevin səmərəli,bacarıqlı,düşünülmüş siyasəti nəticəsində irəli addımlamağa başladı.Qeyri adi gücə-qüdrətə malik olan Heydər Əliyev xalqın rifahı naminə,vətənimizin xoş gələcəyi uğrunda heyrətamiz ,qətiyyətli addımlarla irəliləyərək millətimizi doğru yola yönəltdi, bizləri , uçuruma yuvarlanan xalqımızı tarixdən silinmək təhlükəsi qarşısında qalan dövlətimizi məhv olmaqdan qorudu.Vətənimizə,xalqımıza dərin məhəbbət sevgi və vurğunluq bütünlüklə onun əməlində aydın göründü.Azərbaycanda sülh,əmin-amanlıq,rahatlıq ,dilindən-dinindən asılı olmayaraq bütün millətlər və xalqlar üçün sakit,firavan həyata təminat yaratdı,Yeni Azərbaycan Partiyasının milli –mənəvi gücü ilə xalqı doğru yola yönəltdi,uğurlu gələcəyə aparan bu yolun bələdçisi,himayədarı oldu.

Qəbələ Rayon-Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi Heydər Əiyev Mərkəzində “27 –ci ilin uğurlu yolu ”mövzusunda dəyirmi masa təşkil etmişdir.Ümumilli lider Heydər Əliyevin xalq üçün yaratdığı YAP-ın 27 ildönümü ilə əlaqədar olaraq təşkil olunan bu tədbirdə həmin tarixi illərə nəzər salınmış,belə çətin bir dövrdə belə bir partiyanın zəruri olduğu haqqında geniş söhbətlər aparılmışdır. İlk olaraq ulu öndərin büstü önündə ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.Daha sonra mövzu ətrafında geniş məruzələr olunmuşdur.

 

53.6 KB