Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şamaxı Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə Avropa liseyində 25.11.2019 tarixdə Türk yazıçısı Rəşad Nuri Güntəkinin 130illiyi ilə əlaqədar əsərlərindən ibarət sərgi və məktəblilərlə sevilən əsərlərin müzakirəsi təşkil edildi.

25.11.2019

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyətdə olan Şamaxı Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə Avropa liseyində 25.11.2019 tarixdə Türk yazıçısı Rəşad Nuri Güntəkinin 130illiyi ilə əlaqədar əsərlərindən ibarət sərgi və məktəblilərlə sevilən əsərlərin müzakirəsi təşkil edildi.Tədbirdə kitabxana əməkdaşları yazıçının həyat və yaradıcılığından geniş məruzə etdilər. Vurğulandı ki,yaradıcılığının çoxşaxəli olmasına,çoxlu sayda hekayə,pyes,tənqidi məqalələr yazmasına baxmayaraq,yazıçı ədəbi aləmdə daha çox roman ustası kimi məşhurlaşmışdır.O,”Çalıquşu”,”Yarpaq tökümü”,”Damğa”,”Dodaqdan qəlbə”,və s.romanlarında Türkiyə həyatının realist təsvirlərini xüsusi məharətlə qələmə almışdır.Məktəblilərlə Azərbaycanda ən çox sevilən əsərlərdən biri olan “Çalıquşu”romanı ətrafında fikirlər mübadiləsi aparıldı.Qeyd olundu ki,bu romanın ən dəyərli cəhətlərindən biri də taleyin ona bəxş etdiyi müsibətlərə məharətlə sinə gərən bir türk qızının obrazının yüksək meyarlarla qələmə alınmasıdır.

Tədbirdə sərgilənən kitablar məktəblilərin marağına səbəb oldu.

 

3.7 MB

 

3.5 MB

 

3.2 MB