Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Respublika Folklor Festivalının bağlanış mərasimində Qəbələ rayonunu təmsil edən “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı üçüncü yerə layiq görülərək fəxri fərmanla təltif olunublar.

01.11.2019

Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ənənəvi Respublika Folklor Festivalının bağlanış mərasimi olub. Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək festivalın əhəmiyyəti barədə danışıb. Bildirib ki, respublikamızın paytaxt və regionlarında fəaliyyət göstərən folklor kollektivlərinə dəstək göstərilməsi məqsədilə 2019-cu ilin sentyabr-oktyabr aylarında Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsi keçirilib. Ümumilikdə festivalda 80 folklor kollektivi iştirak edib. Həmin mərhələ çərçivəsində istedadlı uşaq folklor kollektivlərinin aşkar edilməsi, onlara dəstək göstərilməsi üçün müsabiqə təşkil olunub. Kollektivlərin qiymətləndirilməsi məqsədilə nazirliyin əməkdaşları, həmçinin respublikanın tanınmış incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti müəyyənləşdirilib. Seçim mərhələlərində uğurla çıxış etmiş 21 kollektiv keçirilən bağlanış mərasiminə dəvət olunub. Bağlanış mərasimində folklor kollektivləri maraqlı çıxışlar ediblər. Sonra festivalın qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Qəbələ rayonunu təmsil edən “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı üçüncü yerə layiq görülərək fəxri fərmanla təltif olunublar.

 

461.5 KB

 

433.8 KB