Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qəbələ rayon Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı gününə həsr olunmuş «Bayrağımız – qürurmənbəyimizdir» adlı ədəbi-bədii tədbir keçirilmişdir

06.11.2019

6 noyabr 2019-cu il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı gününə həsr olunmuş «Bayrağımız – qürurmənbəyimizdir» adlı ədəbi-bədii tədbir keçirilmişdir.Qəbələ rayon Ekspozisiya zalında keçirilən tədbirdə əvvəlcə mərkəzin kiçik elmi işçisi Məmmədova Aygün tərəfindən iştirakçılara ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqqında ətraflı məlumat verilib.

Sonra A.Məmmədova çıxış edərək Azərbaycan bayrağının keçmişə dayanan tarixindən danışıb,bayrağın hərbir dövlət üçün suverenlik, müstəqillik simvolu olduğunu qeydedib.Bildiribki, 1918-ci il may ayının 28-də Azərbaycan ərazisində Demokratik Respublika (ADR) elan edilib və iyunun 24-də alqırmızı rəngli, üzərində aypara və 8 guşəli ulduz təsvir olunmuş bayraq Şərqin ilk Respublikasının dövlət rəmzinə çevrilib. Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhəri rus-daşnak silahlılarından azad edildikdən bir müddət sonra isə göy, qırmızı, yaşıl zolaqlardan ibarətay-ulduzlu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin əsas dövlət rəmzi kimi qəbul edilib. Bayrağın rəngləri türk milli mədəniyyətini, İslam sivilizasiyasını və müasir Avropanın demokratik əsaslarını özündə ifadə edib. A.Məmmədova deyib ki, ADR 1920-ci il 28 aprel tarixində ruslar tərəfindən işğal ediləndən, süquta yetiriləndən sonra dövlət rəmzi sayılan 3 rəngli bayraq da dəyişdirilib. XX əsrin əvvəllərində qurulan ADR-in əsas rəmzi sayılan 3 rəngli, ay-ulduzlu bayraq 70 ildən sonra yalnız ümummillilider Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilib. Ulu öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının AliMəclisi 17 noyabr 1990- cildə bu barədə qərar verib və həmin bayraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrənglibayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Natiq bildiribki, həmin vaxtdan etibarən bu bayraq Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilir, Azərbaycan dövlətinin suverenlik rəmzi sayılır.

A.Məmmədova çıxışına davam edərək qeyd edibki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009 –cu il noyabrın 17- də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Məhz bu Sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Dövlətinin suverenliyi rəmzidir. Bayraq bizim milli dəyərimizdir.

Çıxış edənlər bayrağın üzərindəki rənglərin anlamlarından və 2010-cu il sentyabr ayının 1-də Bakıda Dövlət Bayraq meydanında dünyanın ən böyük bayrağının paytaxtımızın səmasında dalğalanmasından danışıblar.

9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə orta məktəb şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.Şagirdlərə mərkəzin əməkdaşı S.Kazımova tərəfindən Ulu öndər Heydər Əliyevin həyat və çoxşaxəli fəaliyyəti haqda məlumat verilib. Şagirdlər “Bayraq günü” ilə əlaqədar şeirlər söyləyiblər.

 

2.3 MB

 

2.2 MB

 

2.4 MB